Sabirabadda ərzaq və geyim mağazası yanıb

21:58 27.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Sabirabad rayonunun Qardaşkənd kəndində ümumi sahəsi 300 m² olan ərzaq və geyim mağazasının yanar konstruksiyaları yanıb.

Bitişik anbar və digər mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.