Şabrançayda tapılan meyitlərin kimliyi bilindi - YENİLƏNİB

10:21 17.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabran çayında meyiti tapılan şəxslərin kimliyi məlum olub.

Hafta.az-ın xəbərinə görə, onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

***

Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.