Sabunçuda sex yanıb 

11:10 08.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 3240 m² olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsindəki sexin yanar konstruksiyaları 450 m² sahədə və içərisində olan dəzgah yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.