Salome Zurabişvili Qərbin fiqurudur - Ekspert

18:32 28.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Gürcüstan baş naziri İrakli Kobaxidzenin "Qərb Gürcüstanda Rusiya qarşı cəbhə açmaq istəyir", "Avropa İttifaqı məni təhdid edir" kimi açıqlaması Qərb-Rusiya qarşıdurmasının Gürcüstan meydanında artıq həlledici sonluğunu göstərir”.

Bunu hafta.az-a Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib. Gürcüstanda nümayəndəlik funksiyasını yerinə yetirən prezident Salome Zurabişvilinin Qərbin, ölkənin faktiki rəhbəri İrakli Kobaxidze isə İvanaşvilinin gətirdiyi Rusiya aid fiqur olduğunu vurğulayan V.Dadaşov qeyd edib ki, Salome Zurabişvili ilə İrakli Kobaxidzenin açıq forma almış qarşıdurması faktiki ölkədə bir-birini qəbul etməyən ikitirəlik yaradıb.

“Hansı ki, baş nazirin tələb və istəyi ilə Salome Zurabişvilinin impiçment məsələsidə Gürcüstan parlamentində də baxılıb. Dövlətin bu iki əsas fiqurunun bir-biri ilə acıq mübarizəsi, mübahisəsiz Qərb-Rusiya mübarizəsinin aparıcıları - icraçılarıdır. Gürcüstanda mitinq və ixtişaşlara səbəb olan "Rusiya qanunu" adlandırılan qanunun müəllifi məhz Kobaxidze kabinetidir. Odur ki, Kobaxidzenin "Qərb Gürcüstanda Rusiya qarşı cəbhə açmaq istəyir", "Avropa İttifaqı məni təhdid edir" kimi açıqlaması Rusiyanın Gürcüstan meydanında Qərbin üzərinə həlledici hücumudur”.