Salyanda 25 yaşlı qadını əri qətlə yetirib

16:29 16.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 16-da saat 15 radələrində Salyan rayonu Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1993-cü təvəllüdlü İbrahimov Qaraş Rabil oğlu könüllü polisə gələrək təslim olub.

 

Faktla bağlı araşdırma aparılır.