Sarkisyan Paşinyanın istefasının vacibliyini bildirib

19:13 29.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın istefasının vacibliyini bildirib.

Hafta.az Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə A.Sarkisyan Rusiyanın Ermənistan icmasının nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Ermənistan çətin böhran vəziyyəti ilə üzləşib: "Belə böyük bir faciənin baş verdiyi hər bir ölkədə bir həll yolu var: buna səbəb olan hökumət getməlidir. Siyasətçi güclüdürsə, sonra geri qayıda bilər. Əvvəlki seçkilər 2,5 il əvvəl keçirilib, o zaman ölkə tamamilə fərqli idi, indi fərqli bir ölkədə yaşayırıq. Bu, bir ölkənin, bir dövlətin deyil, bir xalqın böhranıdır - psixoloji, maliyyə, iqtisadi, humanitar böhrandır".

Oxunma sayı 619
Dünya rubrikasından digər xəbərlər