Şəkidə avtomobil məktəblini vurub

21:25 14.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Axşam radələrində Şəki şəhər ərazisində azyaşlının vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hafta.az xəbər verir ki, Şəki şəhər sakini İftixar Abdulqədirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2016-cı il təvəllüdlü T.Fəttahovu vurub.

Doqquz yaşlı məktəbli aldığı xəsarətlərdən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər uşağın vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılır.