Səməd Seyidov Türkiyə səfiri ilə görüşüb

13:50 05.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Səməd Seyidov X sosial şəbəkəsində paylaşım edib.

“Əziz dostumu qəbul etməkdən məmnun oldum. Biz geniş ikitərəfli və çoxtərəfli əlaqələri, ittifaqımızın üstünlüklərini və son qarşılıqlı səfərləri müzakirə etdik”, - deyə Səməd Seyidov bildirib.