Sentyabrın 1-dən şagirdlərə dərsdə telefondan istifadə qadağandır

09:05 29.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 1-dən Rusiyada şagirdlərə dərs zamanı mobil telefondan istifadə qadağan ediləcək. Bu qanun 2023-cü ilin dekabrında şagirdlərin fövqəladə hallar istisna olmaqla dərslərdə telefonlarından istifadə etmələrinin qarşısını almaq üçün qəbul edilib.

Hafta.az-ın yazdığına görə, qanuna əsasən, fövqəladə hallar, şagirdlərin və ya məktəb işçilərinin həyatı və sağlamlığına təhlükə yaradan istisnalar istisna olmaqla, telefondan istifadə tamamilə qadağan ediləcək. Amma hələlik qanunun necə tətbiq ediləcəyi və məktəblərin bu qanuna necə hazırlaşdığına dair dəqiq məlumat yoxdur.

Şagirdlərin mobil telefonlarının qadağan edilməsi təklifi ilk dəfə ötən ilin oktyabrında gündəmə gətirilib. İlkin olaraq şagirdlərin dərs zamanı telefonlarından təhsil məqsədilə istifadə etmələrinə icazə verilməsi təklif olunub. Lakin bu tövsiyə həm valideynlər, həm də müəllimlər tərəfindən idarə edilməsi çətin olduğu üçün tənqid atəşinə tutulub və nəticədə bu istifadə də yasaqlandı.