Separatçı rejim Xocavəndin kəndlərarası yollarını asfaltlamağa başladı...-FOTO

18:47 16.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin bir hissəsindəki separatçı-terrorçu rejimin tör-töküntülərinin üzdəniraq başçısı Araik Arutyunyan Xocavənd rayonunun Rusiya sülhməramlılarının nəzarətindəki bir neçə kənd arasındakı yolların asfaltlanması haqda göstəriş verib.

Hafta.az xəbər verir ki, bu haqda  Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.

Məlumata görə, Qırmızı Bazar qəsəbəsindən Tağaverd kəndinin ermənilərin nəzarətində qalan hissəsinə gedən yolun asfaltlanmasına başlanıb.

Uzunluğu 3,5 km olan yoldakı torpaq işlərinə 7 iyundan start verilib.

Bu cür xırda miqyaslı sosial tədbirlərlə separatçı kriminal xuntanın qalıqları beynəlxalq ictimaiyyətə öz varlığını göstərməyə çalışır.