Serbiya əcnəbilərin yaşayış icazəsi alma presudurunu sadələşdirdi

12:40 31.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Serbiyada parlament əcnəbi vətəndaşların yaşayış icazəsi almaq prosedurlarını sadələşdirib. Beləliklə, bir müddət əvvəl Qərb dövlətlərinin qapılarını bağladığı Rusiya vətəndaşları üçün “ən yaxın Avropa ölkəsi” qapısı açıldı.

Hafta.az-ın yazdığına görə, yeni qayda Serbiyada əcnəbilərə eyni vaxtda yaşamaq və işləmək icazəsi almağa imkan verir.

Artıq ölkədəki əcnəbilər yaşayış icazəsi aldıqdan üç il sonra vətəndaşlıq üçün müraciət edə biləcəklər. Əvvəllər bu müddət beş il idi.

Bir çox Avropa ölkələrindən fərqli olaraq Serbiya Rusiyadan gələn mühacirlərin daha müsbət qarşılandığı ölkədir.

Aşağı qiymətlər də Rusiya vətəndaşlarının Serbiyaya daha çox üstünlük vermələrinin səbəblərindən biridir.Rusiya vətəndaşları Serbiyada yaşayış icazəsi olmadan 30 gün qala bilərlər.