Bir sıra şəhər və rayonlarda bazar günü daxil olmaqla iyun ayının 21-dən iyul ayının 5-ə qədər sərt karantin rejimi tətbiq olunacaq. Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejimində bir sıra xidməti sahələrin işini müvəqqəti dayandıracağını bildirib. Bundan öncəki xüsusi karantin rejimindən fərqli olaraq Metropoliten fəaliyyətini dayandırmayacaq. Bəs bu dəfə Metropolitenin iş prosesi necə tənzimlənəcək?
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hafta.az-a açıqlamasında dedi ki, metronun iş prosesinin necə davam edəcəyi ilə bağlı hələ ki, məlumat yoxdur:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi göstərişi olmayıb. Gözləyirik. Metro ilə bağlı rəsmi qərar olmalıdır. Ondan sonra intervalın dəyişməsi və ya ümümən dayanması barədə biz ictimaiyyətə məlumat verəcəyik”.