Sertifikasiya imtahanı üçün staj müddəti azaldıla bilər

13:29 06.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsilverənlərin sertifikatlaşdırma prosesində tələb olunan staj müddəti azaldıla bilər.

 

Hafta.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu üzrə müsabiqə mövzusunda keçirilən mətbuat konfransında deyib..

 

"Milli Məclisdə bununla bağlı müzakirələr gedir. Çünki müəllimlər də istəyirlər ki, imtahanda iştirak etsinlər və uğur qazanıb maaşlarında artım olsun. Əgər müzakirələr nəticəsində qərar qəbul olunsa, staj yaşı azala bilər", - deyə nazirlik rəsmisi bildirib.

Oxunma sayı 45