Yazını böyüt
Yazını kiçilt
Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.
Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrayonda qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Zeynalov Namiq Piri oğlu yaşadığı evdə özünü asıb.
O, yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, N.Zeynalov uzun müddət İctimai Televizya və Radio Yayımları Şirkətində işləyib.
Hazırda o, Azərbaycan Dövlət Televizyasında - AzTV-də işləyir.