Səudiyyə Ərəbistanı əcnəbi tələbələrə təhsil vizası verməyə başlayıb

09:26 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ər-Riyad ölkədə təhsil almaq istəyən əcnəbi tələbələr üçün Səudiyyə Ərəbistanında Təhsil Platforması vasitəsilə təhsil vizalarının verilməsi xidmətini işə salıb. Sözügedən xidmət tələbələrin əməliyyatlarını asanlaşdırmaq, təhsil və xarici işlər nazirlikləri ilə müvafiq sektorlar arasında inteqrasiyanı təmin etmək məqsədi daşıyır. Səudiyyə Ərəbistanındakı Təhsil Platforması Krallığın qlobal təhsil məqsədi olan qlobal təhsildəki rolunu inkişaf etdirmək səylərinin bir hissəsidir.

Hafta.az-ın yazdığına görə, 27 sentyabr 2022-ci ildə Səudiyyə Ərəbistanı Nazirlər Şurası akademik təhsil və tədqiqat məqsədləri üçün tələbələrə, tədqiqatçılara və ekspertlərə verilən uzunmüddətli təhsil vizasının qüvvəyə minməsini təsdiqləyib. Eyni şəkildə, dil öyrənmək, təhsil almaq, qısa proqramlarda iştirak etmək və tələbə mübadiləsi proqramları üçün qısamüddətli təhsil vizaları təsdiqlənib. Bu vizalara sahib olanlar zamin təqdim etmək öhdəliyindən azad idilər.

Platforma dünyanın hər yerindən on fərqli dildə tələbələrə xidmət göstərir və onlara Səudiyyə Ərəbistanı universitetlərinə qəbul üçün asanlıqla müraciət etməyə imkan verir. Elit və müasir təhsil mühitində qısa və uzunmüddətli akademik təhsil və tədqiqat proqramları təklif edən platforma eyni zamanda akademik və mədəni əməkdaşlığı, ölkənin təhsil sektorunu inkişaf etdirmək əzmini artırır.

Səudiyyə Ərəbistanında Təhsil Platforması 2030-cu il hədəflərinə çatmaq üçün İnsan Bacarıqlarının İnkişafı Təşəbbüsünün tərəflərindən biridir. Təşəbbüs dünyanın hər yerindən görkəmli insanları ölkəyə cəlb edərək, Səudiyyə Ərəbistanının tələbə və tədqiqatçılar üçün cəlbedici məkana çevrilməsinə, elmi və akademik keyfiyyətin, tədqiqat və innovasiya nəticələrinin artırılmasına töhfə verir. Bu, həmçinin Səudiyyə Ərəbistanı institutlarının beynəlxalq səviyyədə səmərəlilik səviyyəsini yüksəltmək məqsədi daşıyır.

Oxunma sayı 244