Səudiyyə Ərəbistanı Kralı xüsusi imtiyazlı fələstinlilərə min nəfərlik həcc kvotası ayırdı

09:45 12.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz yeni fərmanla bu il fələstinli şəhid ailələri, qazilər və İsrail tərəfindən əsir götürülərək sonradan azad edilənlər üçün min nəfərlik xüsusi həcc kvotası ayırıb.

Hafta.az-ın yazdığına görə, qeyd edilən sinifdən olan insanlar Krallığın İslam İşləri, Dəvət və İrşad Nazirliyinin həyata keçirdiyi proqram çərçivəsində həcc ziyarətlərini yerinə yetirəcəklər.

Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad naziri Dr. Əbdüllətif bin Əbdüləziz əl-Şeyx İsrail tərəfindən əsir götürülüb sonradan azad edilən fələstinlilərin, eləcə də şəhidlərinin ailələrinə və qazilərə həcc ziyarətlərini yerinə yetirmələri üçün yaratdıqları rahat şəraitə görə Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmana təşəkkür edib.

Əl-Şeyx, "Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman Fələstin xalqına həmişə maraq və qayğı göstəriblər. Səudiyyə Ərəbistanı Kral Əbdüləziz əl-Səud tərəfindən qurulandan bəri bu xeyirxah iş görülür. Səudiyyə Ərəbistanı kralının həcc ziyarətində iştirak edəcək fələstinli zəvvarlara hər il bu cür səxavətli jest etməsi və bu ənənənin davam etməsi Fələstinlə Salman bin Əbdüləziz arasında əlaqələrin dərinliyinin təsdiqidir. Bu jestlə fələstinli şəhid, qazi və məhbus ailələrinin yaraları yüngülləşəcək, onların dərdlərinə şərik olacağıq” deyib.

Əl-Şeyx İslam İşləri, Dəvət və İrşad Nazirliyinin həyata keçirdiyi həcc proqramı ilə bağlı verdiyi açıqlamada bildirib ki, Həcc proqramı Allah Rəsulunun (s) Məscidini və tarixi yerləri ziyarət etmək deməkdir. Həcc ziyarətinin şərtləri hər cəhətdən, elmi məclislər keçirmək, Məscidül-Haram və Məscidül-Nəbi imamları ilə görüşün razılaşdırılması kimi maddələr daxildir. “Bundan əlavə, proqram çərçivəsində Səudiyyə Ərəbistanının 2030-cu il hədəflərinə uyğun olaraq müasir texnologiya və süni intellektdən istifadə olunacaq. Zəvvarların gedişindən qayıdışına qədər onlara müşayiət xidmətləri göstəriləcək, həcc şərtlərini rahat və təhlükəsiz şəkildə yerinə yetirmələri üçün xidmətlər aktivləşdiriləcək. Proqramın uğuru üçün müxtəlif aidiyyəti dövlət sektorları ilə əməkdaşlıq çərçivəsində planlar, tədqiqatlar və sahə avadanlığı zəvvar namizədlərinin gəlişindən yola düşməsinə və ölkələrinə təhlükəsiz qayıtmasına qədər onlara xidmət göstərməyə hazırdır”, - nazir deyib.