Avstraliyalı Adam Rayzk sevgilisi Vanessa Moucalliyə sensasiyalı evlilik təklifi edib. Rizkin bacısı Tahlia Rayzk tərəfindən aprelin 8-də TikTok-da paylaşılan video internetdə yayılıb.
Hafta.az-ın “Daily Mail”a istinadən yazdəğəna görə, Livanda ailəsini ziyarət edən Moucalli videoda bibisi və qardaşı ilə Enfehdə səyahət edərkən görünür. Bu vaxt maskalı yad şəxslər yolun ortasında avtomobili oyuncaq silahlarla saxlayıb Moucallini qaçırırlar.
"Yox, lütfən, mən getməyəcəyəm" deyə qorxu içində, başına nə gələcəyindən xəbərsiz qışqıran Moucallinin daha sonar gözləri bağlanır və başqa maşına mindirilir, evlilik təklifindən xəbərdar olan xala və bacı isə oradan uzaqlaşır.
Qollarından tutub dəniz kənarına gətirilən Moucalli burada sevgilisi ilə qarşılaşanda göz yaşlarına hakim ola bilmir. Əlində gül gözləyən Rayzk diz çöküb evlilik təklifi edir.
Tahlia Rayzk Mucallinin Livanda evlilik təklifinin edilməsini düşündüyünü və çox xoşbəxt olduğunu bildirib.
Videoya şərh yazan TikTok istifadəçiləri iki yerə bölünüb. Bəziləri "fərqli" qiymətləndirdikləri evlilik təklifini bəyəndiklərini dilə gətirsə də, bəzi sosial media istifadəçiləri planı “dəhşətli” adlandırıblar. “Həyatı gözünün önündən keçdi və evlilik təklifi yox, öldüyünü düşündüyü üçün ağlayır” və “Bu videonu görəndən sonar ömrümün sonuna qədər subay qalacağam” kimi şərhlər olub.