Böyük Britaniya kralı III Çarlz Şimali Koreya lideri Kim Çen Inı Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaranmasının 75-ci ildönümü münasibətilə təbrik edib.
Hafta.az lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Koreya mərkəzi xəbər agentliyi (“KCNA”) məlumat yayıb.
Qeyd olunur ki, təbriklər sentyabrın 9-da qəbul edilib. Kral KXDR xalqına parlaq gələcək arzulayıb.
Agentliyin məlumatına görə, Şimali Koreya liderini Əlcəzair, Mozambik, Konqo, Seneqal, Seyşel adaları, Namibiya, Banqladeş, Azərbaycan, Türkmənistan, Tacikistan, Nepal, Sinqapur, Filippin prezidentləri, Tailand kralı da, Bəhreyn, Belarus və Rusiya prezidentləri, ÇXR sədri və digər siyasətçilər təbrik edib.
Britaniya kral ailəsi ilə Kim Çen In arasında təbrik mübadiləsi uzun illərdir ki, davam edir.
Daha əvvəl “NYT” xəbər vermişdi ki, Şimali Koreya lideri Kim Çen In sentyabrda Rusiyaya səfər edərək Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırır. Qəzetin yazdığına görə, təklif olunan görüş Vladivostokda baş tutacaq. İki ölkə başçısı silah təchizatını müzakirə edəcək.