Şin Bet İranın "Ben-Qviri" hədəfə almaq cəhdinin qarşısını alır

10:15 28.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin daxili kəşfiyyat bölməsi Şin Bet, israillilərə qarşı terror aktları həyata keçirməyi və Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirə sui-qəsd etməyi planlaşdıran İranın rəhbərlik etdiyi terror qruplaşmasının məhv edildiyini açıqlayıb.

Hafta.az-ın i24NEWS-a istinadən yazdığına görə, sözügedən əməliyyatda İsrailin şimalındakı Nazaret şəhəri və Əl-Mukabila kəndində yaşayan iki ərəb İsrail vətəndaşı olmaqla 5 nəfər saxlanılıb.

İsrail ordusu və polisi ilə birgə əməliyyat keçirən Şin Bet İran təhlükəsizlik rəsmilərinin göstərişi ilə hücum fəaliyyəti həyata keçirmək və İsrail vətəndaşlarının təhlükəsizliyinə zərbə vurmaq məqsədilə İsrail və İordan çayının qərb sahilində fəaliyyət göstərən silahlı hücrəni darmadağın edib.

Məsələ ilə bağlı aparılan araşdırmalar zamanı İranın “keçmişdə cinayət törətmiş İsrail vətəndaşlarından istifadə edərək pul qarşılığında terror aktları törətmək” cəhdi üzə çıxıb.

Oxunma sayı 193