Şirvanda yeni doğulan körpə ölüb

10:14 07.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan şəhərində yeni doğulmuş körpə ölüb.

Hadisə ötən gün Şirvan şəhər Mərkəzi Xəstəxanasında baş verib.

1998-ci il təvəllüdlü Şirvan şəhər sakini Gültən Kərimli fevralın 6-sı doğum sancıları şikayəti ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.

Doğum evində qadına "doğuşun birinci dövrü, baş gəlişi ilk hamiləlik" diaqnozu qoyulub. Həmin gün saat 23:30 radələrində 3 kq 700 qr çəkidə qız uşağı ölü doğulub.

Hadisə ilə bağlı Şirvan doğum evinin mama-ginekoloqu Nəcəfova İlahə Əsgər qızının izahatı alınıb. O izahatında doğum zamanı göbək ciyəsinin uşağın boynuna dolanmış vəziyyətdə olması səbəbindən ölü doğulduğunu bildirib.

Yeni doğulmuş körpənin meyiti daxili və xarici müayinəyə göndərilib.

Faktla bağlı araşdırma başlanılıb.