Siyəzən sakininin evində narkotik aşkarlanıb

16:00 12.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən rayon sakini Zəfər Qəniyevi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Zəfər Qəniyevin barəsində həbs qətimkan tədbiri seçilib.