Sizin xalqımıza, xüsusən uşaqlara qayğınız bizi qorudu - Vətəndaşlar Prezidentə yazırlar

17:14 25.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətəndaşlar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubları göndərməyə davam edirlər.

Hafta.az məktublardan bir neçəsini təqdim edir:

“Hörmətli cənab Prezident.

Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bunu belə ağır günlərdə xalqımızın yanında olmaqla bir daha sübut etdiniz. Çox təəssüflər olsun ki, bütün dünyanın bəlasına çevrilmiş COVID-19 Azərbaycanımızdan da yan keçmədi. Lakin, Siz öz köməyinizi, qayğınızı bizlərdən, xalqımızdan əsirgəmədiniz. Ümummilli lider Heydər Əliyev xalqını böyük bəlalardan necə qorumuşdusa, Siz də bizi elə qoruyursunuz. Çünki Siz Ulu Öndərin layiqli davamçısısınız. Biz əminik ki, müdrik qərarlarınız sayəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizdən üzüağ çıxacaq və firavan həyatımıza davam edəcəyik. Mən öz adımdan, ailəmin və qohumlarımın adından, eləcə də, Gəncə ziyalıları adından Sizə təşəkkür edirəm.

Əziz Prezidentim, biz Sizinlə fəxr edirik. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Abdullayeva Sevda Fizuli qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri”.

“Hörmətli cənab Prezident.

Bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətindən minimum itkilərlə çıxır. Belə zamanda mühüm islahatların davam etdirilməsi bizi çox sevindirir. Sizin düzgün idarəetməniz gələcəkdə ölkəmizin daha güclü olmasına zəmin yaradır. Hər şeyə görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Səmədov Azər.

Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Hörmətli cənab Prezident.

Mən Masallı rayonu, Ərkivan qəsəbəsindəki orta məktəbin 6-cı sinif şagirdiyəm. Kəndimizin bütün məktəbliləri adından Sizə böyük təşəkkür etmək istəyirəm.

Koronavirus pandemiyası bütün dünyanı ağır sınaqlara çəkdi. Belə bir vaxtda Sizin xalqımıza, xüsusən uşaqlara qayğınız bizi qorudu. Biz məktəblilər də daha yaxşı oxumağa, dərslərimizdən geri qalmamağa çalışacağıq.

Bu virus Allahın yardımı, Sizin əvvəldən gördüyünüz tədbirlərin köməyi ilə yox olub gedəcək. Buna görə Sizə təşəkkür edirəm. İnşallah, biz əvvəlki günlərə dönəcək, yenə qayğısız, xoşbəxt yaşayacağıq.

Hörmətlə,

İsmayılov İntiqam Şakir oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi”.

“Hörmətli cənab Prezident.

Vətənimiz və xalqımız üçün gördüyünüz işlər Sizin vətənpərvərliyinizin, siyasi səriştənizin göstəricisidir.

Siz ölkəmizi bütün dünyada tanıdır, onun inkişafı üçün çalışırsınız. Bu günlərdə isə xalqımızı koronovirus pandemiyasından qorumaq üçün tədbirlər görürsünüz.

Xalqımız Sizi sevir, dəstəkləyir və yanınızda olduğunu bildirir. Allah Sizi qorusun.

Hörmətlə,

Ələkbərova Həqiqət

Ələkbərli Aynurə

Əliyeva Adilə

Xəlilov Elşən.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi”.

“Çox hörmətli cənab Prezident.

Sizin bu pandemiya dövründə Azərbaycan xalqının hər bir vətəndaşının yanında olub, onun arxasında təkcə Prezident kimi deyil, həm də ata, övlad, qardaş kimi dayanmağınızı vətəndaş olaraq mən də alqışlayıram və buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin yolu asan keçməkdən ötrü Sizə Allahdan möhkəm cansağlığı və bütün işlərinizdə daha böyük uğurlar diləyirəm.

Hörmətlə,

Çələbiyeva Solmaz Gülbaba qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”. 

Oxunma sayı 493