Qərb Dağlıq Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir. İndi Dağlıq Qarabağda təhlükəsizliyi Rusiyanın sülhməramlı kontingenti dəstəkləyir. Bununla belə, Qərb vəziyyətə müdaxilə etmək, iştirakını artırmaq və Rusiyanın sülhməramlı siyasətini gözdən salmaq üçün hər cür cəhd edir”, - o deyib.
Onun fikrincə, Qərb üçün əsas məsələ “Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, nəinki uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etmək.
Şoyqu deyib: "Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı qondarma mülki missiyasını göstərmək olar. Bu missiyaya hərbçilər və kəşfiyyatçılar daxildir. Məncə, onların əslində nə işlə məşğul olduğunu izah etməyə ehtiyac yoxdur".
“Bununla əlaqədar biz KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”, - Rusiyanın müdafiə naziri vurğulayıb.