Stokholmda parlamentin yaxınlığında Quran yandırılıb

16:50 31.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Stokholmda polisin icazəsi ilə parlament binasının yanında Quranı yandırmaq üçün aksiya keçirilib. Bu barədə TASS məlumat yayıb.

Qeyd edilir ki, onun təşkilatçıları iraqlı miqrantlar Salvan Momika və Salvan Najem olub, onlara qarşı əvvəllər də eyni əməllərə görə nifrət salmaq maddəsi ilə artıq cinayət işi açılıb.

Agentliyin məlumatına görə, Minttorget meydanına toplaşan 50-yə yaxın adam Momika və Najemin Quranı təpiklədiyi, cildin ortasındakı vərəqləri yandırdığı, yandırılmış nüsxəni zibil qutusuna atdığı, sonra onu cıraraq digər nüsxəsini ora atdığı bildirilir.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan isveçli həmkarı Tobias Bilström ilə telefon danışığında İsveçdə Quranın yandırılması ilə bağlı aksiyaların keçirilməsinin qəbuledilməz olduğunu bildirib.