Stokholmda “Quran”ı yandıran şəxs cərimə edilə bilər

23:24 28.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Stokholmda mərkəzi məscidin qarşısında “Quran”ı yandıran şəxs cərimə edilə bilər.

AZƏRTAC xəbər verir ki, İsveç polisinin məlumatına görə, 37 yaşlı İraq əsilli miqrant Salvan Momika “Quran”ı məscidin qarşısında yandırmaqla bir qrup şəxsə qarşı təhrik etməkdə təqsirli bilinir və bununla bağlı araşdırmalar aparılır. Onun barəsində habelə, İsveçdə mövcud od qalamaq qadağasını pozduğuna görə araşdırma gedir.

Hazırda ölkədə müşahidə olunan quraqlıq səbəbindən yanğın qadağası var və qadağanın pozulması cərimələrlə nəticələnə bilər.