Stoltenberq: Rusiyanın Ukraynaya raket zərbələri endirməsi zəiflik əlamətidir

20:10 11.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın bir gün əvvəl Ukraynaya raket zərbələri endirməsi zəiflik əlamətidir. Hafta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, Rusiya döyüş meydanında irəli getmir.

Bundan əlavə, o vurğulayıb ki, Rusiya Federasiyasının Ukraynadakı münaqişədə qələbəsinə yol vermək olmaz, çünki bu, alyansın məğlubiyyəti hesab olunacaq.