Su anbarında iki nəfər BATIB

10:08 20.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.