Su arxından meyit tapıldı

11:29 12.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunda su arxından kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Tircan kəndində baş verib.

Ölən şəxsin 1955-ci il təvəllüdlü Misirxan Nəsirov olması müəyyən edilib.

Bildirilib ki, M.Nəsirovun oğlu bir neçə il əvvəl vəfat edib və bundan sonra onda psixoloji problemlər yaranıb.

Faktla bağlı araşdırma aparılır.