Süd zavodunda partlayış, 18 min inək öldü

13:20 13.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Texas ştatında süd zavodunda baş verən partlayış nəticəsində 18 min inək tələf olub.

Hafta.az-ın yazdığına görə, Dimmitt şəhərindəki Southfork Dairy Farm süd zavodunda naməlum səbəbdən baş verən partlayış nəticəsində yanğın baş verib. Qapalı vəziyyətdə qalan işçi ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Partlayışın səbəbi hələ müəyyən edilməyib.

Yanğın nəticəsində 18 min baş inək tələf olub, sosial mediada paylaşılan videoda isə süddən səmaya qalxan qatı tüstü görünüb.

Dimmit şəhərinin meri Rocer Malone deyib: “Məncə, burada əvvəllər belə bir şey olmayıb, bu, əsl faciədir”.

ABŞ-da heyvanların hüquqlarını müdafiə edən Heyvan Rifahı İnstitutu (AWI) ölkədə ən böyük inək ölümlərinin Southfork Süd Fermasında baş verən hadisədə qeydə alındığını açıqlayıb. AWI qeyd edib ki, ən son 2020-ci ildə Nyu Yorkda süd zavodunda baş verən yanğında 400-ə yaxın inək tələf olmuşdu.