Yazını böyüt
Yazını kiçilt
Bu gün mənim üçün ən dəyərli gündür. Çünki yenidən doğma Qarabağıma qayıdıram.
Hafta.az xəbər verir ki, bu sözləri Ağdamda azertac-a açıqlamasında Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün, 84 yaşlı Gülabə Ağayeva deyib.
“Şükürlər olsun ki, bu günü görmək mənə qismət oldu. İndi doğma torpaqlara övladlarımla, nəvələrimlə qayıdıram. Allah dövlətimizi daim qüdrətli eləsin, bir də xalqımıza ağır günlər yaşatmasın”, - deyə o əlavə edib.