Sumqayıtda silah-sursat tapılıb - FOTO

10:07 14.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhəri, Corat qəsəbəsində silah-sursat aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 7,62 mm-lik AK-74 avtomatı, 1 ədəd AK-74 avtomatının güllə darağı və 28 ədəd 7,62 mm-lik güllə olduğu müəyyən edilib.

Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.