Sumqayıtda yaşayış binasında yanğın

12:30 07.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzilin eyvanında 1 ədəd məişət avadanlığı və 1 ədəd divan qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.