Sumqayıtda yaşlı qadın evində qətlə yetirilib

23:35 09.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda qətl hadisəsi baş verib.

Hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.

Təxminən 65 yaşında olan və tənha yaşayan Züleyxa adlı qadının meyiti yaşadığı mənzildə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı qadının bıçaq xəsarətləri aldığı və qətlə yetirildiyi məlum olub. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.apa