Süni intellektə ən çox patent alan 10 şirkət

09:55 12.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hazırda qlobal miqyasda müasir iqtisadiyyatın başlıca hərəkətverici qolu süni intellektdir. Bəs bu sahədə hansı ölkələr və ya şirkətlər daha çox söz sahibidir?

Hafta.az-ın yazdığına görə, “Visual Capitalist” bu müstəvidə maraqlı araşdırma aparıb. Məlum olub ki, süni intellect sahəsində əsas inkişaf heç də düşündüyümüz kimi, Qərbdə deyil, məhz Asiyadadır.

İndi də süni intellect sahəsində dünyada ən çox patentə sahib şirkətlərin siyahısı diqqətə çatdıraq:

1. Tencent Holdings (Çin), 2074 patent, 2. Ping An Insurance (Çin), 1564 patent, 3. Baidu (Çin), 1234 patent, 4. IBM (ABŞ), 601 patent, 5. Alibaba (Çin), 571 patent, 6. Samsung Electronics (Cənubi Koreya), 468 patent, 7. Alphabet (Google) (ABŞ), 443 patent, 8. Baidu Dances (Çin), 418 patent, 9. BBK Electronics (Çin), 377 patent, 10. Netease (Çin), 337 patent.