Yazını böyüt
Yazını kiçilt
İşçi çatışmazlığının pik həddə olduğu Rusiyadan “Həll fokuslu” xəbərləri: Ölkənin ən böyük ərzaq pərakəndə satış şəbəkələrindən olan Perekryostok supermarketləri təmizləmək üçün robotlardan istifadə etməyə başladı.
Hafta.az-ın “Moskvichmag” jurnalına istinadən yazdığına görə, Moskva, Sankt Peterburq və Soçidə 10 robot pilot rejimdə işləməyə başlayıb. Jurnal bir insanın saatda 100 kvadratmetr, robotların isə 1000 kvadratmetr ərazini eyni vaxtda və daha yaxşı təmizləyə biləcəyinə diqqət çəkib.
Xəbərə görə, robotların müştəriləri qarşılamaq və yol vermək qabiliyyəti də var.
Jurnal robotların Çindən gətirildiyini yazır.
Marketlər şəbəkəsi bir neçə ay əvvəl bəzi filiallarında “köməkçi robotlardan” istifadə etməyə başlayıb.