Suraxanıda yaşayış binalarında koronovirusa qarşı dizinfeksiya işləri aparılır  

16:37 05.03.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Koronovirusa (COVİD-19) qarşı Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxdın digər ərazilərində olduğu kimi, Suraxanı rayonunda da təxirə salınmaz proflaktik tədbirlər aparılır.

Bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə  sözügedən rayondakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

“Həftə içi”nin əməkdaşı olaraq Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, “V” Yaşayış Sahəsində olduq.  Qeyd edək ki, sözügedən massivin yaşayış binalarınım girəcəkləri, piləkənləri, lifləri, Gigiyena Epidemologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya edilirdi.

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov KİV əməkdaşlarına görülən işlər barədə məlumat verərək bildirdi ki, Bakı şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən hal hazırda 3 gündür Suraxanı rayonu MKTB-nin balansında olan 341 bunanın hardasa, 886 blokunda  koronovirusa qarşı dizinfeksiya işləri aparılır.

Onun sözlərinə görə əsasən binaların  bloklarında, zirzəmilərində, eləcə də söhbətgahlar və insanların kütləvi şəkildə durduğu yerlər dərmanlanır: ”Artıq 100-dən çox bloklarda dizinfeksiya işləri aparılıb və indinin özündə də bu işlər davam edir. Zibil daşınandan sonra gün ərzində bir dəfə dzinfeksiya işləri aparılır və mütamadi olaraq bu işlərimiz davam etdirilir. Hal–hazırda bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti tətəfindən tapşırıq almışıq. Çalışırıq ki, bu tapşırıqlara ciddi şəkildə yereinə yetirək”.

Mais Məmmədov rayon ərazisində 31 kooperativ binanın olduğunu da vurğuladı. Bildirdi ki, bununla bağlı həmin binaların da sədrlərinə xəbərdarlıq olunub: ” Onlar da bu işlərə cəlb olunacaqlar. Biz öz işlərimizi qurtarandan sonra onlara da kömək etməyə hazırıq.  Bununla bağlı fərdi yaşayış evlərinin sakinlərilə söhbətlər aparmışıq, binalarda işlərimiz qiurtarandan sonra fərdi yaşayış evlərində də bu işləri davam etdirəcəyik”.