Türkiyədə fəaliyyət göstərən Zəfər Partiyasının sədri Ümit Özdağın Suriyaya səfəri gözlənildiyi halda, jurnalist Musa Özuğurlunun iddiasına görə, rısmi Dəməşqi Özdağın ölkəyə girişinə icazə verməyib və vizasını ləğv edib.
Hafta.az-ın yazdığına görə, bu həftə Zəfər Partiyasının sədri, Türkiyədəki suriyalı qaçqınlarla bağlı sərt mövqeyi ilə tanınan Ümit Özdağın Dəməşqə gedəcəyi gözlənilirdi, amma Əsəd iqtidarı tərəfindən qəbul edilməyib.
Özdağ hələ iyunun sonunda Suriyaya səfər edəcəyini açıqlamışdı. O, Suriyanın Latakiya kimi mühüm şəhərində, eləcə də Dəməşqdə müxtəlif görüşlər keçirməyi planlaşdırdığını bildirmişdi. Amma jurnalist Musa Özuğurlu sosial şəbəkədə Özdağın bu həftə gözlənilən Suriya səfəri ilə bağlı paylaşım edərək, Suriya hökumətinin Zəfər Partiyasının sədrinin ölkəyə daxil olmasına icazə vermədiyini bildirib.
Özuğurlunun paylaşımında "Ümit Özdağın vizası ləğv edildi. Suriya rəsmiləri Ümit Özdağın ölkələrinə giriş hüququnu ləğv etdi" yazıb.