Əfqanıstanda İslam Əmirliyi administrasiyasının müxalif silahlı qruplaşmalara qarşı əməliyyatları davam edir. Nəhayət, hökumətə qarşı çıxan silahlı dəstələrin liderlərindən olan Ekmel Əmirin Pervan vilayətində keçirilən əməliyyatda öldürüldüyü açıqlanıb.
Hafta.az-ın yazdığına görə, 2021-ci ilin avqustunda devrilən Kabil administrasiyasının komandirləri arasında olmuş Ekmel Əmir Pervan bölgəsindəki qarşıdurmada öldürülüb. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, Emiri Pervan vilayətinin Selenq rayonunda keçirilən əməliyyat zamanı qətlə yetirilib. Toqquşmada İslam Əmirliyinin başqa bir müxalif komandiri Bəsir Əndərabinin və altı silahlının da öldürüldüyü bildirilib. Öldürülən komandirlərə ABŞ-ın işğalı zamanı amerikalı hərbçilər tərəfindən ciddi döyüş təlimi keçirilbmiş.
Ekmel Əmir və Bəsir Əndərabi ABŞ-ın işğalı zamanı Əfqanıstanda bir çox əməliyyatlarda iştirak ediblər. Xüsusən də Ekmel əmiri 2021-ci ildə çoxlu mülki vətəndaşın həlak olduğu Ləşkərgah hücumlarında rol oynamaqda günahlandırılıb.