Talış Dağlıq zonasında güclü zəlzələ olub

09:21 28.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın cənub bölgəsində güclü zəlzələ olub.

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Talış Dağlıq zonasında 5 maqnitudalı zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunub", – məlumatda qeyd olunub.

Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı diqqətə çatdırılıb.