Tanınmış blogerin qəza anının görüntüləri yayıldı - VİDEO

11:05 15.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Mütəllimovun qəzaya düşməsinin videogörüntüləri yayılıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən hafta.az-a verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Məlumatda qeyd olunub ki, bu gün 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 1993-cü il təvəllüdlü Nicat Hafiz oğlu​ Mütəllimovun idarə etdiyi “Porsche” markalı​ 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobili qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi​ “Scania” markalı yük avtomobilinə vurub.

Qəza nəticəsində Nicat Mütəllimovun sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü ​ Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib.