Yazını böyüt
Yazını kiçilt
1980-1990-cı illərdən bəri tanınmış peşəkar jurnalist olmaqla yanaşı, ermənişünas alim kimi də yetişmiş, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı gözlənilmədən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Hafta.az əməkdaşının özü ilə telefon söhbətindən bəlli olub ki, Qafar Çaxmaqlının xəstəxanaya yerləşdirilməsinə səbəb damar tıxanmaları olub.
Onu da qeyd edək ki, Qafar Çaxmaqlı hazırda Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı kimi çalışır. Allahdan ustad həmkarımız və ziyalımızın tezliklə şəfa tapmasını diləyirik.