Tanınmış ginekoloq intihar edib

12:15 28.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda tanınmış həkim intihar edib.

Hafta.az xəbər verir ki, ötən gün tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən apa-ya faktı təsdiq ediblər. Bildirilib ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.