Avropa İttifaqının meteorologiya agentliyi “Kopernik” geridə qoyduğumuz fevral ayının dünya tarixində ən isti fevral olduğunu açıqlayıb.
Hafta.az-ın yazdığına görə, fevralda dünya üzrə orta temperatur 13,5 dərəcə olaraq ölçülüb. Bu, bütün zamanların ən isti fevral ayı kimi tarixə düşüb.
Əvvəlki ən isti fevral 2016-cı ildə olub. Həmin ildə orta temperatur 0,12 dərəcə yuxarı olub. Son 20 ilin orta göstəricisini 0,81 dərəcə üstələyib.
Son 12 ayın ölçmələrində də oxşar mənzərə var. Orta temperaturda son 20 ilin orta göstəricisi ilə müqayisədə yarım dərəcədən çox artım olub. Beləliklə, son 20 ilin ən isti qış fəsli arxada qaldı.
“Kopernik” tərəfindən edilən açıqlamada qlobal istiləşmənin qarşısı alınmazsa, bənzər rekordlar artmağa davam edəcək.
Qlobal istiləşmə dəniz suyunun temperaturunda da özünü göstərib. Fevralda dənizlərin orta temperaturu 21,06 dərəcə olub. Bu, bütün zamanların ən yüksək orta dəniz temperaturu kimi tarixə düşüb.
2023-cü ilin avqustunda dəniz suyunun orta temperaturu 20,98 dərəcə olub.