TƏBİB: Ağdamda 3 nəfər minaya düşüb, 2-nin vəziyyəti ağırdır

20:20 08.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda minaya düşərək xəsarət alan 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə hafta.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onların hər üçünə aşağı ətrafların və bədənin çox saylı qəlpə yaraları diaqnozu qoyulub. Hər birinə dərhal ilkin tibbi yardım göstərilib. Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi aparılan pasientlərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.