TƏBİB: Cəlilabadda yol qəzasında xəsarət alan 8 nəfərdən 6-sı evə buraxılıb

22:17 11.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 8 (7 qadın, 1 uşaq) nəfər TƏBİB-in tabeliyindəki Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan 6 nəfər (uşaq da daxil olmaqla) ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.