Yazını böyüt
Yazını kiçilt
Beləliklə, Qaliley 1609-cu ildə ilk olaraq müasir teleskopu düzəldir. Teleskop vasitəsilə Qaliley ayın səthində dağları, 1610-cu ildə isə Yupiterin 4 peykini kəşf edir. Teleskopun kəşfi Venesiya dövləti üçün o qədər böyük əhəmiyyət kəsb edir ki, Qalileyi ömürlük maaşla universitetə professor təyin edirlər. Həmçinin bu cihazın köməyilə Qaliley sübut edir ki, yer kainatın mərkəzi deyil, o digər planetlərlə birlikdə günəşin ətrafında hərəkət edir. Teleskopun detalları barədə Qaliley “Ulduz xəbərçisi” kitabında məlumat verir. Qaliley qatı dindar olmasına baxmayaraq, kilsə onun kəşflərindən narazı qalaraq onu dinsiz adlandırmağa başladı. Qaliley isə əksinə, tanrını inkar etmir, sadəcə, onun böyüklüyünü və elmin inkişafının xeyirlərini dünyaya aşılamaq istəyirdi. O, Romaya gedərək bunu təbliğ etmək istəyir. Lakin 5 mart 1616-cı ildə Roma heliosentrizmi təhlükəli sahə elan edərək tədrisinə qadağa qoyulur və kilsə xadimləri tərəfindən həbs olunur və ömrünün sonuna kimi ev həbsi keçirir.
Nigar