Tərəflər 10 Noyabr tələblərinə riayət etmək məcburiyyətindədir - ekspert

12:19 07.07.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənilərin ərazilərimizdə  hansı hay-küyü yaratmasından asılı olmayaraq reallıq başqadır. Azərbaycan xalqının tələbi və onun Ali Baş Komandanının siyasi iradəsi məlumdur. Bu dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə dünyaya bəyan edilib.

Bu fikirləri hafta.az-a hərbi təhlilçi Alp Arslan İmamqulu deyib:  

“Bütün məsələlər müəyyən olunmuş əsas mərkəzdən sapmadan Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində öz həllini tapmalıdır. Ərazilərimizi tərk etmək istəməyənlər varsa vətəndaşlığımızı qəbul etməlidir. Əlində silah terror aktı törətmək istəyənlər varsa ölü vəya diri olaraq zərərsizləşdirilməlidir. Xidməti sahəsində öz vəzifə səlahiyyətlərini aşan və bizə qarşı düşmən mövqe sərgiləyən "sülhməramlı qüvvə" nəfərləri var isə aşkarlanaraq ərazilərimizi tərk etmə tələbi qoyulmalıdır. Tərəflər 10 Noyabr tələblərinə riayət etmək məcburiyyətindədir. Təhlükəsizliyimizin pozulması istiqamətində hər hansı terror aktı və müxtəlif cinayətlər törədilərsə anti-terror əməliyyatları keçirmək tam legitim haqqımızdır”.

Oxunma sayı 135
Siyasət rubrikasından digər xəbərlər