Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapıldı

14:12 17.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.

Hafta.az xəbər verir ki, Atayev Vidadi Samir oğlunun meyiti Mamırlı kəndində, qonşularının həyətində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.