Yazını böyüt
Yazını kiçilt
Toylarda iştirak edəcək qonaqların sayının artırılması müzakirə olunmur.
Hafta.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Hazırda toylarda maksimum 150 qonaq iştirak edə bilər. Hesab edirəm ki, bu say toy şənliklərinin təşkili üçün kifayət qədərdir".