Tramp həbsxanaya könüllü gedəcək

13:15 19.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Corciya ştatında seçkilərə müdaxilədə ittiham olunan Donald Tramp Fulton əyalətinin həbsxanasına könüllü şəkildə gedəcək.

Bunun avqustun 24 və ya 25-də baş verəcəyi gözlənilir.

Məlumata görə, Fulton əyalətinin prokuroru Fulton Feni Uillis daha əvvəl demişdi ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib.

“Müttəhimlərə qeyd olunan həbsxanaya gəlmək tapşırılıb, onlar burada rəsmi həbs prosedurundan keçəcəklər - onların üzərində axtarış aparılacaq, fotoşəkilləri çəkiləcək, həmçinin barmaq izləri alınacaq. Şərif dəftərxanası vurğulayıb ki, “təqsirləndirilən şəxs istənilən vaxt gələ bilər, həbsxana həftənin yeddi günü, sutkanın 24 saatı açıqdır”, - deyə məlumatda qeyd olunub.